Koronavirus pandemiyası səbəbindən səhiyyə sistemi çökən ölkədə həkimlər yeni xəstəliklə mübarizə səbəbindən minlərlə xəstənin gözlərini çıxartmaq məcburiyyətində qalıblar.
Hafta.az xəbər verir ki, söhbət Hindistandan gedir. Həkimlərin xəstələrin gözlərini çıxartmasına səbəb ölkədə sürətlə yayılan qara göbələk xəstəliyidir. Bu səbəbdən infeksiyanın beyinə sıçramasının qarşısını almaq üçün xəstələrin gözləri çıxarılır.
Hökumət artıq 29 əyalətdə qara göbələk xəstəliyi ilə bağlı səfərbərlik etməyə hazırlaşır. Rəsmilər bu xəstəliyin koronavirusun müalicəsində istifadə olunan steroidlərlə bir bağlantısı olacağından şübhələnirlər.
Qara göbələk xəstəliyi immuniteti zəif olan insanlara keçdikdə ölümcül təsirə malikdir. Xəstəliyin simptomları arasında göz qaralması, rəng dəyişikliyi, bulanıq və ya ikili görmə, sinə ağısı, qanlı öskürək qeyd olunur.
Qərbi Qucarat əyalətində çox sayda qara göbələk infeksiyasına yoluxma halı qeydə alındığı üçün özəl məntəqələr yaradılıb. Bundan əvvəl Hindistanda həkimlər il ərzində üç-dörd belə halla qarşılaşırdı. İndi isə bu say gün ərzində ortalama altıya qalxıb. Bəzi mütəxəssislər hətta 20 yaşlarında hər iki gözlərini itirən xəstələrin olduğunu söyləyir.